EN

Həmin evləri yenə su basacaq

Vaxtilə təbii drenaj funksiyasını yerinə yetirən Masazır gölü qurudularaq ərazisində yaşayış evlərinin tikilməsi bu gün ciddi problemlərə səbəb olur. Sözügedən göl yağış və yeraltı suların toplanaraq təhlükəsiz şəkildə axıdılmasında mühüm rol oynayırdı.

KONKRET.az-ın məlumatına görə, son günlər yağan aramsız yağışlar zamanı həmin ərazilərdə yerləşən evləri su basıb.

Belə ki, gölün qurudulması ilə suyun təbii axın istiqaməti pozulub. Nəticədə, güclü yağışlar zamanı sular əvvəlki yatağına, yəni vaxtilə gölün yerləşdiyi əraziyə yönəlir.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Milli.Az-a açıqlamasında bildirib ki, göllərin doldurulması və qurudulması tamamilə yolverilməzdir. Onun sözlərinə görə, Abşeron yarımadası ərazisində yerləşən göllər xüsusi əhəmiyyət daşıyır və onların məhv edilməsi ciddi ekoloji fəsadlara yol aça bilər:

“Bu ərazilər digər sahələrə nisbətən daha çökəkdir. Burada qrunt sularının səviyyəsi yüksəkdir. Güclü yağışlar zamanı suyun toplanması, rütubətin artması qaçılmazdır. Bu isə insanların diskomfortuna, evlərin tezliklə zərər görməsinə və sıradan çıxmasına səbəb ola bilər”.

Qeyd olunur ki, gələcəkdə qrunt sularının səviyyəsi daha da arta bilər. Bu halda isə həmin ərazilərdə yaşayışın ümumiyyətlə mümkünsüz hala gəlməsi istisna edilmir./milliaz

Chosen
3
4
konkret.az

5Sources