EN

"Zelenski atəşkəs yox, sülh barədə qərar verməlidir" - Kreml

Ukrayna Prezidenti Volodimir Zelenski məsuliyyəti öz üzərinə götürməli və Kiyevlə Moskvanı müvəqqəti atəşkəs deyil, sülh barədə qərar verməlidir.  

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kremlin sözçüsü bildirib ki, "Zelenskidən Pasxa atəşkəsi ilə bağlı dəqiq bir açıqlama görməmişik".

Peskovun sözlərinə görə, cəbhə xəttindəki dinamika Rusiya qoşunlarının bütün cəbhə xətti boyunca irəlilədiyini göstərir.

Qeyd edək ki, 30 martda Zelenski Pasxa bayramında atəşi dayandırmağa hazır olduğunu açıqlamışdı. 

Chosen
21
50
unikal.az

10Sources