EN

Fransada meriyaya hücumla bağlı doqquz nəfər saxlanılıb

Fransa polisi Paris yaxınlığındakı Fren kommunasının meriyasına edilən basqın və dağıntılarla bağlı iş üzrə 9 nəfəri saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes "X" hesabında bildirib.

"Val-de-Marn departamentinin müstəntiqlərini mükəmməl aparılmış araşdırmaya görə təbrik edirəm", - o qeyd edib.

Xəbər verildiyi kimi, təxminən 20 nəfər Fren kommunasının meriya binasına basqın edərək bir neçə otaqda mebelləri sındırıb. Hücum zamanı onlar pirotexniki vasitələrdən istifadə ediblər.

Chosen
3
far.az

1Sources