EN

ƏDALƏT ZƏFƏR ÇALACAQMI? 65 yaşlı qadına təcavüz edən şəxs cəzasını almalıdır...

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

65 yaşlı qadının başına gətirilənlər məni dərindən sarsıtmışdı. Qadının göz yaşları, ah-naləsi, çarəsizliyi bir an belə göz önündən getmirdi. Bu gün isə nəhayət ki, ümidverici və sevindirici bir xəbər aldım.  Baş Prokurorluq tərəfindən faktla bağlı cinayət işi açılıb. 

Bu addım ədalətin bərpası istiqamətində atılan mühüm və prinsipial qərar kimi qiymətləndirilməlidir.

Bu münasibətlə, öz adımdan Baş Prokurorluğun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onların operativ reaksiyası, məsələyə həssas və məsuliyyətli yanaşması bir daha göstərdi ki, vətəndaş müraciətləri diqqətdən kənarda qalmır, hüquqi mexanizmlər işləkdir və lazımi tədbirlər vaxtında həyata keçirilir. 

Media olaraq biz də üzərimizə düşən ictimai missiyanı yerinə yetirməyə çalışdıq, hadisəni işıqlandırdıq, geniş ictimaiyyətə çatdırdıq və aidiyyəti qurumların diqqətinə təqdim etdik. Sevindirici haldır ki, göstərilən səylər nəticəsiz qalmadı və məsələ hüquqi müstəviyə daşındı.

Bu hadisə bir daha sübut edir ki, ictimai nəzarət, medianın fəallığı və vətəndaşların biganə qalmaması birləşdikdə ədalətin bərpasına nail olmaq mümkündür. 

Ümid edirəm ki, istintaq prosesi tam obyektiv, şəffaf və qanun çərçivəsində aparılacaq, günahkar şəxslər müəyyən edilərək qanun qarşısında layiqli cəzalarını alacaqlar. 

Həmçinin, bu məsələni bir ildir gecikdirən və hadisəni ört-basdır etməyə çalışan şəxslərin də öz layiqli cəzalarını alacağına da inanıram.

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
hurriyyet.az

1Sources