EN

“Hər zaman əmrinizdəyəm” Macarıstanlı nazirin Lavrovla gizli danışığı üzə çıxdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında aparıldığı iddia edilən gizli telefon danışıqları ifşa olunub. 

Beynəlxalq araşdırma platforması "The Insider" tərəfindən yayılan məlumatlara görə, Peter Siyarto Lavrovla telefon əlaqələri zamanı Avropa İttifaqının Xarici İşlər Şurasında müzakirə olunan həssas məlumatları Moskva ilə bölüşüb. Sızdırılan qeydlərdə Macarıstan nazirinin Lavrova “Hər zaman əmrinzdəyəm” kimi ifadələr işlətdiyi də qeyd olunur.

İddialara əsasən, Peter Siyarto enerji gəlirlərindən tutmuş müdafiə siyasətinə qədər bir sıra məxfi məlumatları Rusiya tərəfi ilə paylaşıb.

Hesabatda bildirilir ki, Peter Siyarto rus oliqarxlarının sanksiya siyahısından çıxarılması üçün fəal lobbiçilik edib. Xüsusilə rus milyarder Alişer Usmanovun bacısı Gülfəhor İsmayılovanın siyahıdan çıxarılması üçün Slovakiya ilə koordinasiyalı şəkildə addımlar atıldığı iddia olunur.

Bundan əlavə, Macarıstan və Slovakiyanın 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq Ukrayna yardım paketinə veto qoyması da bu əməkdaşlığın bir hissəsi kimi qiymətləndirilir.

Sızan məlumatlarda Peter Siyartonun Rusiyanın energetika strukturları ilə də gizli əlaqələr qurduğu iddia edilir. Onun, Rusiyanın kölgə neft tanker donanmasına qarşı tətbiq olunan sanksiyalara etiraz etmək üçün Moskvadan arqument sənədləri tələb etdiyi bildirilir.

Nazirin həmçinin 128 qurumdan 72-nin sanksiya siyahısından çıxarılmasında iştirak etdiyi və rus banklarını qorumağa çalışdığı qeyd olunur.

Bildirilir ki, bu hadisdən sonra Avropa İttifaqı ölkələri tərəfindən Budapeştə ötürülən məxfi kəşfiyyat məlumatlarının məhdudlaşdırılması qərara alınıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
16
azpolitika.info

10Sources