Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Saray körpüsünün yaxınlığında qeydə alınıb.
"Chevrolet Cobalt" markalı minik avtomobili 522 nömrəli marşrut avtobusu ilə toqquşub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
"Cebheinfo.az"