EN

“Real” qayıdacaq futbolçular bilindi

Bu yay “Real”a qoşulmaq ehtimalı olan futbolçular müəyyənləşib.

Msport.az xəbər verir ki, onlardan biri qışda “Lion”a icarəyə göndərilən 19 yaşlı hücumçu Endrikdir.

İspaniya nəhənginin Liqa 1-də ümudləri doğruldan gənc forvardın komandaya qayıtması vacib sayılır. Eləcə də “Komo”yo satılan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Niko Pasın və “Osasuna”da olan 22 yaşlı hücumçu Viktor Munyosun da geri alınacağı bildirilib.

Pasla Munyosun müqavilələrindəki xüsusi bəndə əsasən “kral klubu” istədiyi vaxt müəyyən məbləğ ödəyərək onları transfer etmək hüququna malikdir.

Qeyd edək ki, “Real” La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Madrid təmsilçisi əzəli rəqibi “Barselona”dan 4 xal geri qalır.

Chosen
10
2
msport.az

3Sources