EN

ABŞ-da benzinin orta qiyməti 1 qallon üçün 4 dolları keçib

Reuters agentliyinin məlumatına görə, ABŞ-da benzinin orta qiyməti üç ildə ilk dəfə olaraq qallon üçün 4 dolları keçib.

(Qalon – 3,79 litr. ABŞ-da benzinin 1 litri – 1,61 AZN təşkil edir. Qeyd edək ki, Azərbaycanda “Premium” (95) benzinin 1 litri 1,60 AZN təşkil edir.)

Agentliyin məlumatına görə, ABŞ-da benzinin orta milli qiyməti qallon üçün 3,99-4,00 dollara çatıb ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir.

İranla müharibədən əvvəl (2026-cı ilin fevral ayının sonu) orta qiymət qallon üçün 2,98-3,00 dollar civarında idi. Beləliklə, qiymət bir ayda 1 dollardan çox artıb.

Qiymət artımı Hörmüz boğazının blokadası və Fars körfəzi bölgəsindən tədarükün kəsilməsi fonunda neft qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədardır.

Analitiklər qiymətin yaxın günlərdə inamla 4 dollardan yuxarı qalxa biləcəyini proqnozlaşdırırlar.

Chosen
12
veteninfo.az

1Sources