EN

Avropa Komissiyası Kiyevə neçə Aİ nazirinin getdiyini bilmir- ÖZƏL

Avropa Komissiyası (AK) neçə Aİ nazirinin Kiyevə səfər etdiyini bilmir. Olaylar.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin sözçüsü Anita Hipper bildirib. "Hələlik heç bir məlumatım yoxdur. Saydıqdan sonra sizə xəbər verəcəyəm", - deyə o, jurnalistlərin suallarını cavablandırıb.
Daha əvvəl Aİ-nin xarici siyasət xidməti 31 martda Kiyevdə "xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının qeyri-rəsmi iclasının" planlaşdırıldığını bildirmişdi.
Avropanın "Politico" nəşri Aİ xarici işlər nazirlərinin yarısından çoxunun həmin gün Kiyevə səfər etməyəcəyini bildirib və "Euractiv" portalı Macarıstan xarici işlər naziri Peter Szijartonun səfəri buraxacağını təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
olaylar.az

1Sources