Mərhum pop ulduz Maykl Ceksonun mirası ilə bağlı məhkəmə prosesində yeni detallar ortaya çıxıb.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, müğənninin qızı Paris Cekson atasının irsi hesabına maliyyələşdirilən bioqrafik filmə etiraz edib.
O, həmçinin şəxsi yaşayış xərclərinin qarşılanması və miras vəsaitlərinin xərclənməsi ilə bağlı narazılığını ifadə edib.
Ceksonun qızı yeni layihə ilə heç bir əlaqəsinin olmadığını bildirərək vəsiyyətnamənin icraçılarını maliyyə mənimsəməsində ittiham edir. Onun sözlərinə görə, mirasın idarə olunmasında şəffaflıq yoxdur və vəsaitlər düzgün istiqamətdə xərclənmir.