EN

31 Mart bütöv bir millətin varlığına qəsd, sükuta qərq olmuş fəryadın adıdır – ŞƏRH

Bakı. Trend:

Erməni millətçiləri uzun illər boyu “Böyük Ermənistan” xülyasıilə silahlanaraq azərbaycanlılara qarşı soyqırımılar törədiblər.1905-ci il, daha sonra 1918-ci ildə daha geniş coğrafiyanı əhataedən qırğınlar azərbaycanlıların etnik təmizlənməsi prosesi ilədavam edib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı ArzuxanƏlizadə deyib.

Millət vəkili bildirib ki, xüsusilə 1918-ci ilin mart-aprelaylarında bu qırğınlar daha faciəli olub:

“O vaxtlar Bakı kommunasının mandatını alan “daşnaklar” bir neçəay ərzində Bakı Quberniyasında, Şamaxı, Lənkəran, Quba, Xaçmaz,Qarabağ, Zəngəzurda çox böyük faciələr törədiblər. Bu qısa müddətərzində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərləbacı-qardaşımız dədə-baba yurdlarından qovulublar.

Bu hadisələr təkcə dinc əhaliyə qarşı həyata keçirilən soyqırımıkimi yadda qalmayıb, eyni zamanda dini və tarixi abidələrimiz dəyerla-yeksan olunub, kəndlər, qəbiristanlıqlar dağıdılıb. Bakısovetinin 6, “Daşnaksütyun” Partiyasının 4 min nəfərlik silahlıdəstəsi bu qırğınların həyata keçirilməsində bilavasitə iştirakediblər”.

Deputat vurğulayıb ki, ermənilərin törətdiyi cinayətlərinmiqyası təsəvvüredilməzdir:

“Ermənilər zaman-zaman özləri də bunu etiraf ediblər. 1989-cuilin martında bu gün Ermənistan adlanan Qərbi Azərbaycanərazilərindən sonuncu azərbaycanlının da qovulması faktından sonraQaregin Njdeyə abidə qoyularkən Qafan Partiya Komitəsinin birincikatibi ermənilərə xitabən demişdi ki, Ermənistanda bir nəfər dəolsun azərbaycanlı qalmayıb. Ermənilər bunu məqsədyönlü şəkildəedirdilər”.

A.Əlizadə əlavə edib ki, xalqımıza qarşı törədilən terroraktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətindədavamlı fəaliyyət davam etdirilməlidir.

“Bunun üçün ölkə xaricində olan diaspor təşkilatları da,azərbaycanlılar da bilavasitə bu prosesdə ciddi surətdə iştiraketməlidirlər. Bu faktlar nəsildən-nəslə ötürülməli, daha ciddiaraşdırma mövzusu olmalıdır. Tarixdə baş verənləri unutsaq, bufaciələrin təkrarlanma riskləri böyükdür. Biz bu faciələri yaddançıxarmamalıyıq ki, gələcəkdə belə faciələrlə üz-üzə qalmayaq.Ermənilərin bu illər ərzində işləyən yalan mexanizminin tamamiləsıradan çıxarılması istiqamətində də fəaliyyət göstərməliyik”, -deyə o qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasındahadisələrin tarixi əhəmiyyətinə toxunub:

“Bəzi tarixlər var ki, onları yaddaşda saxlamaq üçün tarixçiolmağa ehtiyac yoxdur. Onlar insanın qan yaddaşına elə bir möhürvurur ki, illər keçsə də, həmin ağrını damarlarında hiss edirsən.31 Mart məhz belə bir gündür. Bu, sadəcə bir “tarixi hadisə” deyil,bütöv bir millətin varlığına qəsd edilən, sükuta qərq olmuş birfəryadın adıdır.

1918-ci ilin o soyuq mart günlərində Bakının küçələrindənŞamaxının qədim məscidlərinə, Qubanın dərələrindən Lənkəranındüzlərinə qədər hər yer bir suala cavab axtarırdı: Niyə? Cavab isəçox bəsit və amansız idi: sadəcə öz kimliyini qoruduğun üçün,sadəcə bu torpağın sahibi olduğun üçün.

O günlərdə təkcə insanlarımız qətlə yetirilmədi. Bizimmədəniyyətimizin simvolu olan “İsmailiyyə” yandırıldı, qədiməlyazmalarımız külə döndü, tariximizin yaddaşı silinmək istəndi.Amma unudulan bir şey var idi: ruh yandırılmır. Qubadakı oməzarlıqlar illər sonra torpağın altından üzə çıxanda sanki dünyabir daha sarsıldı. Torpaq belə o haqsızlığı daxilində saxlayabilməyib çölə püskürdü”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı bu gün 31 Martıanarkən sadəcə yas saxlamır, həm də güclü olmağın nə qədər vacibolduğunu dərk edir.

“Birliyin gücü: Bölünəndə nələr itirdiyimizi gördük.
Yaddaşın oyaqlığı: Unutqanlıq bizim ən böyük düşmənimizdir.
Həqiqətin səsi: Nə qədər susdurulsaq da, haqqın səsi gec-tezeşidilir.

Bu gün ölkəmiz dünyanın ən güclü dövləti, xalqımız isə ənqürürlu xalqıdır. Böyük qələbələr əldə etmişik, davamlı olacaq, birşərtlə ki, keçmişdə yaşananları unutmayacağıq”.

Chosen
14
az.trend.az

1Sources