EN

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Ajans.az xəbər verir ki, Bakının Qaradağ, Sabunçu, Binəqədi ərazilərində, həmçinin Abşeron rayonu ərazisində, və bir çox ərazilərdə evlərin, iri ticarət obyektləri, ticarət mərkəzləri yağan yağışlardan sonra su basmaya məruz qalıb. Belə bir fikirlər səslənir ki, camaatın evləri, həmin ərazilərdə əslində qanunsuz tikilib. Onların evləri qanunsuz ərazilərdə tikildiyi üçün su basmaya məruz qalıb. Maraqlıdır ki, su basan iri ticarət mərkəzləri necə? Onlar da qanunsuz tikilmişdir? Halbuki onların tikildiyi ərazilər əvvəllər göllər olub. Həmin göllər sonradan qurudulub və yerində bu ticarət mərkəzləri tikilib. Ümumiyyətlə, qanunsuz olan ərazilər hansılardır və bu işə kimlər qol qoyub? 

Ajans.az-ın baş redaktoru Tural Müseyibov məsələyə münasibət bildirib.

Chosen
10
2
Ajans.az

3Sources