EN

ETX məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini davam etdirir (FOTO)

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidməti (ETX) məktəblilərin kibertəhlükəsizliksahəsində biliklərinin artırılması, onların kibergigiyena qaydalarıvə onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədəmaarifləndirilməsini davam etdirir.

Trend xəbər verirki, təkcə cari ilin mart ayı ərzində “Ankara Məktəbi” məktəb-lisey,263 və 164 nömrəli tam orta məktəblər, Fizika, Riyaziyyat vəİnformatika Təmayüllü Respublika Liseyi, eləcə də Dünya Məktəbindətəşkil olunan maarifləndirmə tədbirlərində 300-ə yaxın şagirdiştirak edib.

Elm və Təhsil Nazirliyi, həmçinin Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləngörüşlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçünkibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”,“Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə”mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirlərdə şagirdlərəreal nümunələr əsasında kibertəhlükələrdən qorunma üsulları izaholunub, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu cür maarifləndirmə tədbirləri məktəblilərinrəqəmsal savadlılığının artırılması və təhlükəsiz internetmühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bubaxımdan ETX tərəfindən belə tədbirlərin növbəti dövrlərdə də davametdirilməsi nəzərdə tutulur.

ETX
ETX
ETX
Chosen
38
3
az.trend.az

4Sources