EN

31 Mart: Keçmişin ağrısı, bu günün mövqeyi- ÖZƏL

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar minlərlə günahsız insanın həyatına son qoydu, şəhər və kəndlər dağıdıldı, bir xalqın yaddaşına silinməz izlər həkk olundu. 
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
" Çox ağır bir faciədir. Bu barədə tarixçilərimiz çox danışıb, yazıblar. Sağ olsunlar ki, xalqımıza geniş məlumat veriblər və biz artıq hansı dəhşətləri yaşadığımızı, hansı mərhələlərdən keçdiyimizi yaxşı bilirik. İstər 31 Mart hadisələri olsun, istər Xocalı, istərsə də digər soyqırımlar və faciələr- ermənilər tərəfindən xalqımıza qarşı törədilən bu hadisələri biz tarixi yaddaşımızda saxladıq, unutmadıq. Və bunun qisasını da almış olduq. Həm II Qarabağ müharibəsində, həm də antiterror əməliyyatlarında. 
Onların xalqımıza qarşı törətdikləri soyqırımlar daha dəhşətli, daha miqyaslı olub və bəşəriyyəti belə sarsıdan qəddarlıqlarla yadda qalıb. Halbuki biz müharibə zamanı nəinki mülki əhaliyə, hətta onların hərbçilərinə qarşı da-təslim olanlara, yaralılara qarşı heç bir zorakılıq və qəddarlıq göstərmədik. Bəs onlar niyə bu cür soyqırımları törədirdilər? "Dənizdən dənizə Böyük Ermənistan" ideyası ilə hərəkət edirdilər. Qarabağ işğal olunduqdan sonra bu iddialar daha da genişlənmişdi-Gəncəyə, hətta Bakıya qədər uzanan niyyətlər var idi. Amma biz onların qarşısını aldıq və nəticədə bu ideya da tarixin zibilliyinə getdi.
Düşünürəm ki, müəyyən mənada artıq reallığı anlayırlar. Düzdür, bu, tam inandırıcı deyil, amma ən azı hazırkı mərhələdə başa düşürlər ki, bu cür iddiaları həyata keçirmək mümkün deyil. Gələcək üçün isə vəziyyətə diqqətlə yanaşmaq lazımdır- biz də tam arxayın olmamalıyıq. Qarabağın azad olunması ilə biz bu faciələrin qisasını müəyyən mənada almış olduq. Eyni zamanda, Qərbi Azərbaycana -qədim Azərbaycan torpaqlarına, indiki Ermənistan ərazilərinə soydaşlarımızın qayıdışı məsələsi də bu ideologiyanın qalıqlarının tam məğlubiyyəti demək olardı.
Sonda, böyük ehtiramla şəhidlərimizi anıram. İstər 31 Mart hadisələrində, istər Xocalıda, istərsə də digər faciələrdə həyatını itirən vətəndaşlarımızı, hərbçilərimizi. 
Düşmənlə sülh bağlamaq olar. Dünyada bunun çoxsaylı nümunələri var. Müharibələr başa çatır və sülh əldə olunur.  Düşmənlə sülh bağlamaq olar, amma onun etdiklərini unutmaq olmaz, bağışlamaq olmaz". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources