
ABŞ-nin Florida ştatındakı Palm Biç hava limanı ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Florida qubernatoru Ron DeSantis ABŞ Prezidentinin iqamətgahının yaxınlığında yerləşən Palm Biç Beynəlxalq Hava Limanının adını Donald Trampın şərəfinə dəyişdirən qanun layihəsini imzalayıb.