EN

İtaliya “Bayraktar” PUA-ları alacaq

İtaliya "Cavour" təyyarədaşıyan gəmisi üçün Türkiyənin "Bayraktar TB3" hücum dronlarını almağı düşünür.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Berutti Berqotto İtaliya parlamentindəki çıxışında bildirib.

Onun sözlərinə görə, dronlara maraq Türkiyənin "Baykar" şirkətinin hazırladığı PUA-nın imkanlarının nümayişindən sonra yaranıb. 

Berqotto qeyd edib ki, potensial alış "Baykar"ın əvvəllər müqavilə imzaladığı İtaliyanın "Leonardo" şirkəti ilə əməkdaşlıq yolu ilə həyata keçirilə bilər. Dronların "Cavour"a inteqrasiyasından məsul olan "Leonardo" şirkəti olacaq.

"Cavour" təyyarədaşıyan gəmisi İtaliya Hərbi Dəniz Qüvvələrinin flaqman gəmisidir və qısa uçuş və şaquli eniş imkanlarına malik beşinci nəsil "F-35" qırıcı təyyarələrini, eləcə də helikopterləri daşıya bilir.


Telegram kanalımız
Chosen
33
yenisabah.az

1Sources