"Fənərbağça"nın prezidenti Sadettin Saran avtomobil qəzasına düşüb.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul nəhənginin başqanı "Chobani" stadionuna gedərkən Ataşehir rayonunda yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Hazırda Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsü yüngül xəsarət alıb.