EN

ABŞ İranı bu ölkələrin əli ilə vurmaq istəyir 35 illik həmlə təkrarlanır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın İranla bağlı hərbi siyasəti və bu prosesin maliyyə yükünün Fars körfəzi ölkələrinə yönləndirməsi regionda gərginlik yaradıb. Ekspertlər bildirirlər ki, bu yanaşma həm tarixi təcrübəyə, həm də hazırkı geosiyasi şəraitə əsaslanır.

Amerikanın İran əleyhinə hərbi əməliyyatların maliyyə yükünü Körfəz ölkələrinə yönəltmək cəhdi bu dövlətlərin siyasətinə və iqtisadi vəziyyətinə hansı təsirləri göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Aydın Tağıyev deyib ki, ABŞ administrasiyasının İran əleyhinə müharibənin maliyyə yükünü körfəz ölkələrinin üzərinə qoymaq planı regionda ciddi siyasi və iqtisadi mübahisələr doğurur.

Onun fikrincə, bu yanaşma həm tarixi presedentlərə, həm də hazırkı geosiyasi şərtlərə əsaslanır:

“Tarixə qısa nəzər salsaq, 1991-ci il Körfəz müharibəsində ərəb dövlətləri ABŞ-ın xərclərinin böyük hissəsini qarşılamışdı. İndi Tramp administrasiyası həmin modeli yenidən gündəmə gətirərək müttəfiqlərin maliyyə öhdəliyini artırmaq niyyətindədir. Müharibə xərcləri çoxdur. Müharibənin gündəlik dəyəri təxminən 1 milyard dollardır. İlk ayda logistika və əməliyyat təminatı üçün 30-40 milyard dollar xərclənib. Pentaqon əlavə 200 milyard dollar maliyyə tələb edir. Real itkilərə aviasiya, texnika və infrastruktur zərərləri daxildir. Mövcud vəziyyətdə demək olar ki, Körfəz ölkələrinin mövqeyi etirazlarla doludur”.

Aydın Tağıyev

Politoloqun sözlərinə görə, region dövlətləri eskalasiyaya qarşı çıxıb, İran obyektlərinə hücumların risklərini vurğulamışdılar:

“Lakin ABŞ-ın hücumları nəticəsində onların enerji infrastrukturu cavab zərbələrinə məruz qalıb. İndi isə həmin ölkələr həm iqtisadi itkilərlə, həm də maliyyə öhdəlikləri ilə üz-üzədir. Siyasi mahiyyətinə baxanda görürük ki, Trampın ritorikası müttəfiqlərin “qorunması” üzərində qurulsa da, faktiki olaraq ABŞ-ın addımları riskləri artırır və maliyyə yükünü müttəfiqlərə ötürür. Paralel olaraq, Trampın arxivdəki çıxışları enerji resurslarına nəzarətin ABŞ üçün uzunmüddətli strateji hədəf olduğunu göstərir”.

A.Tağıyevin sözlərinə görə, müharibənin gedişatından belə bir nəticəyə gəlmək olur ki, ABŞ müharibəni aparır, İsrail istiqaməti müəyyən edir, Körfəz ölkələri isə maliyyə yükünü daşımaq məcburiyyətində qalır.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
globalinfo.az

1Sources