EN

“Fiba Holdinq” nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə görüşüb.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.

Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.
Qeyd edək ki, Türkiyənin “Fiba Holdinq”i enerji, bank və maliyyə, daşınmaz əmlak, turizm və digər sahələr üzrə ixtisaslaşıb.

Chosen
14
3
turkic.world

4Sources