EN

Kəlbəcərdə “Tunel qırğını” adlanan hadisədən 33 il ötür VİDEO

Bakı, 31 mart, AZƏRTAC

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi ağır cinayətlərdən biri də Kəlbəcərin işğalı zamanı baş verən və “Tunel qırğını” adlanan dəhşətli hadisə oldu. 1993-cü il martın 31-də tunelin qarşısında pusqu quran Ermənistan hərbçiləri oradan keçməyə çalışan dinc insanları qətlə yetirdilər. Sağ qalanları girov götürərək onları amansız işgəncələrə məruz qoydular. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Chosen
15
2
azertag.az

3Sources