EN

​Joze Mourinyodan “Qalatasaray”a badalaq

“Benfika”nın baş məşqçisi Joze Mourinyo İstanbulun “Qalatasaray” klubunun transfer planını pozmağa çalışır. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, “Qalatasaray” Avropa nəhəngi “Mançester Siti”nin ulduzu Bruno Fernandesi heyətinə qatmaq istəyir. Amma portuqaliyalı məşqçi bu transferin reallaşmasını çətinləşdirir.

Yerli medianın yazdığına görə, “Benfica” ilə müqaviləsini yeniləmək üzrə olan təcrübəli mütəxəssis Bruno Fernandeslə əlaqə yaradaraq onu öz komandasına gətirmək istəyir. Fernandesin portuqaliyalı olması və Mourinyo kimi dünya şöhrətli məşqçinin ona elçi düşməsi “Qalatasaray”ın işini xeyli çətinləşdirib.

Chosen
63
6
metbuat.az

8Sources