Yazını böyüt
Yazını kiçilt
“Rusiya Donbasdan çıxmaq üçün bizə 2 ay vaxt verib”.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Moskva bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsini tələb edərək, əks halda, sülh danışıqlarının şərtlərini daha da sərtləşdirəcəyi ilə hədələyir:
“Bu mesaj mənə amerikalı vasitəçilər tərəfindən çatdırılıb. ABŞ tərəfi Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız ordunun Donbasdan tam çıxarılmasından sonra verməyi müzakirə edir. Lakin bu format işləməyəcək və Ukrayna öz ərazilərindən könüllü imtina etməyəcək”.