EN

Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb FOTO

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və soyqırımı qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirlərdə 1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə törədilən kütləvi qətliamlar barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub, sənədli filmlər nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
moderator.az

6Sources