Bakı. Trend:
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 Mayküçəsində obyektdə partlayış baş verib.
Bu barədə Trend-ə FövqəladəHallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayanpartlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarətalıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizliktədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.