EN

“Qarabağ”ın müdafiəçisindən SON XƏBƏR – 1 aydan sonra...

“Qarabağ”ın zədəli futbolçusu Bəhlul Mustafazadə sıraya qayıtmaq yolunda ilk addımı atıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu əsalardan xilas olub.

Əməliyyat olunandan sonra təxminən 4 həftə qoltuq ağaclarının köməyi ilə yeriyən təcrübəli müdafiəçi həkimlərin məsləhəti əsasında onlardan uzaqlaşıb.

O, hazırda fizioterapiya ilə zədəsinin bərpasına çalışır. Bu proses təxminən 3 həftə davam edəcək.

Aprelin sonunda fərdi, daha sonra kollektiv məşqlərə başlaması nəzərdə tutulub.

Müalicə və bərpa plana uyğun şəkildə davam etsə, Mustafazadə cari mövsümün son oyunlarında meydana ayaq basa bilər.

Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu fevral ayında Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la Bakıdakı matçın gedişində zədələnərək meydanı tərk etmişdi.

Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problemə görə Finlandiyada cərrahi əmıliyyat keçirmişdi.

HƏBİB

Chosen
18
sportinfo.az

1Sources