EN

Stalinin təyin etdiyi yeganə varisi - O, hakimiyyət uğrunda mübarizədə məğlub olub

SSRİ Dövlət Plan Komitəsinin sədri və Siyasi Büronun üzvü Nikolay Voznesenski Stalinin, demək olar ki, rəsmi olaraq varisi elan etdiyi yeganə şəxs olub. Ancaq bu varisin başı hələ Stalin sağ ikən Beriya və əlbirləri Malenkov, Xruşşov və Bulqanin tərəfindən “yeyilib”.

Nikolay Voznesenskinin tərcümeyi-halı SSRİ-nin bir çox aparıcı şəxsiyyətlərinin tərcümeyi-halına bənzəyir. 1920-ci illərin əvvəllərində o, komsomol karyerasına başlayıb, Tula bölgəsində rəhbər vəzifələrə yüksəlib. Nikolay “Qırmızı professorlar institutu”nda təhsil alıb və sonra orada dərs deyib. 1930-cu illərdə SSRİ Kommunist partiyasının ali idarəetmə orqanında - Mərkəzi Nəzarət Komissiyasında çalışıb.

b6616c90-e431-4c53-bebb-d6508fedd7c2.jpeg

1937-ci ildə Nikolay Voznesenski Dövlət Plan Komitəsinin sədr müavini təyin edilib və bir il sonra o, repressiyaya məruz qalmış və edam edilmiş Valeri Mejlauku əvəz edərək bu quruma rəhbər gətirilib. Stalinin ailəsinə yaxın bir adam olan Nikolay Şvernikin təhlükəsizlik rəisi Georgi Eqnataşvilinin xatirələrinə görə, 1948-ci ildə onun ad günü məclislərindən birində sovet lideri Nikolay Voznesenskini dövlət məsələlərində yaxşı təlim keçmiş və parlaq iqtisadçı, SSRİ lideri vəzifəsinə əsl namizəd adlandırıb.

Eqnataşvili bildirir ki, ömrünün son illərində Stalin artıq ən yaxın müttəfiqlərinə etibar etməyib və digər partiya üzvləri arasında özünə varis axtarıb. Həmin şənlikdə Sovet İttifaqının rəhbəri iddialara görə, Siyasi Büro üzvlərinin onun təklif etdiyi namizədə etiraz edib-etmədiyini soruşub. Cavab olaraq heç kim bir kəlmə də olsun danışmayıb.

7d51bf11-b73d-4ad1-8f5c-3bf7d46b71de.jpeg

Sov.İKP. MK-nın Siyasi Bürosunun üzvü olan Anastas Mikoyan bildirib ki, Voznesenski Kremldə lider kimi tanınmayıb və Mejlaukun vəzifədən getməsindən sonra o, Leninqraddan Dövlət Plan Komissiyasına təyin olunub. Hətta Voznesenskinin Leninqrad rəhbəri Andrey Jdanovdan şəxsi işi ilə bağlı güclü tövsiyəsi olub. Mikoyan bildirib ki, Voznesenski Dövlət Plan Komitəsinin sədri kimi özünü bacarıqlı lider - iqtisadi cəhətdən savadlı, ağıllı və düşüncəli şəxs kimi də sübut edib; bu keyfiyyətləri sayəsində Stalin onu çox bəyənib.

Qısa müddət ərzində Voznesenski Siyasi Büroda Stalinin bir çox yaxın adamları arasında ciddi narazılığa səbəb olan bir vəzifə tutub: o, Stalinin iqtisadi məsələlər üzrə birinci müavini təyin edilib. Voznesenskinin rütbəsi hətta Molotovunkundan da yüksək olub.

Georgi Jukovun xatirələrinə görə, Almaniya ilə müharibə zamanı Lavrenti Beriya ilə Nikolay Voznesenski arasında qarşıdurma yaranıb. Xüsusilə Voznesenski 1941-ci ildə qırmızı ordunun Moskva yaxınlığında Vermaxt üzərində qələbəsindən sonra Stalinin sovet qoşunlarının ümumi cəbhə hücumuna qarşı çıxmasına etiraz edib. Beriya Voznesenskini danlayıb, Stalin birinci müavininin etirazlarını qulaqardına vurub. Jukov hesab edib ki, o dövrdə Stalin hələ də planlaşdırma komissiyası rəhbərinin fikrini nəzərə alıb. Voznesenski müharibə zamanı Stalinlə birbaşa mübahisə edə bilən yeganə rəhbər şəxs olub.

725e207b-f095-40a7-960b-da3d039647dc.jpeg

Stalinin Voznesenskini öz varisi təyin etməsi də təsadüfi olmayıb. Voznesenski 45 yaşında olmasına baxmayaraq, liderin planlarını hazırlayıb və həyata keçirib. Onun rəhbərliyi altında planlaşdırma və maliyyə orqanlarının rəisi Pyotr Kurqanov danışıb ki, Dövlət Plan Komitəsi sədrinin karyerasının tənəzzülü və vəzifəsindən uzaqlaşdırılması 1940-cı illərin sonlarında başlayıb.

Stalin varisinə olan inamını itirib, çünki o, guya 1949-cu ilin əvvəllərində sənaye istehsalının azaldığını ondan gizlədib. Sovet lideri Voznesenskiyə ilin ilk rüblərində sənaye artım templərinin ilin digər üç aylıq dövrləri ilə balanslaşdırılmasını təmin etməyi tapşırıb.

Mikoyan öz xatirələrində yazıb ki, bu, praktikada obyektiv olaraq mümkün olmayıb - sovet sənayesinin ilin ilk üç ayındakı göstəriciləri aşağı düşüb. Lakin Voznesenski Stalinə onun göstərişlərini yerinə yetirəcəyinə söz verib və hətta bu barədə faktiki vəziyyəti əks etdirməyən hesabat da tərtib edib.
Lakin Lavrenti Beriya Stalinə kimya sənayesinə rəhbərlik edən Voznesenskinin sənədini gətirib. Bu hesabata görə, istehsal şəraiti (ölkə miqyasında), yumşaq desək, DPK sədrinin hesabatında təqdim olunan mənzərədən fərqli olub. Stalin digər şöbələrdən məlumat istəyib və Voznesenskinin onu “aldatdığını” biləndə şoka düşüb: “Siyasi Büronu aldatmaq?!”.

9505227c-1a3e-480e-81c5-733325f7ce7b.jpeg

Tezliklə Nikolay Voznesenski DPK rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və Siyasi Bürodan çıxarılıb. O, qondarma “Leninqrad işi” adlı məhkəmədə edam cəzasına məhkum edilib. “Leninqrad işi”ndə məhkum edilənlər hökmdən bir saat sonra edam ediliblər. Lakin Voznesenski hökmdən sonra daha üç ay həbsdə saxlanılıb. 1950-ci ilin dekabrında kiminsə əmri ilə o, yüngül geyimdə yük maşını ilə Moskvaya aparılıb. Yolda Voznesenski ya donub ölüb, ya da güllələnib. Bunu dəqiq bilən də yoxdur.

Oxşar versiyanı Malenkovun oğlu Andrey də irəli sürüb və o, bunu atasından aşağıdakı formada eşidib: “Bir gün Stalin soruşub: “Voznesenski Urala göndərilib? Yaxşı bir iş tapdığından əmin olun”. Sonra atam Stalinə Voznesenskinin soyuq qatar vaqonunda, qış geyimi olmadan Urala göndərildiyini və yolda donub öldüyünü bildirib”.

f5203d70-24a6-4101-97ab-307bf1d67702.jpeg

Ehtimal edilir ki, Stalinin varisinin işləri barədə məlumatlar saxta olub. Belə ki, onun möhürü oğurlana və qolu oxşar formada çəkilə bilərdi. Hətta Beriya ilə Malenkov, Xruşov və Bulqaninin xüsusi həbsxanada ona baş çəkiblər və sənədlərə imza atmağa məcbur ediblər. Bu ehtimal da özündə həqiqəti əks etdirir. Çünki Stalin uzun müddət “Biz Voznesenskini məhv etdik. Biz onu məhv etdik!” sözlərini işlədib.

İ. A. Benediktov xatirələrində Voznesenskinin dövlətçi düşüncəsini, enerjisini, qətiyyətini və fərqləndirdiyi gərgin iş etikasını qeyd edib. Lakin müəllif onu da yazıb ki, Nikolay Alekseeviç bəzən kobud və sərt ola bilərdi; qəzəb içində kimisə qışqırmaq, alçaltmaq və təhqir etmək onun üçün heç nə idi". Benediktovun sözlərinə görə, DPK-nın partiya təşkilatı bir dəfə Voznesenskini bu səbəbdən, "insanlara qarşı lordcasına, ikrahamiz münasibətinə görə" az qala partiyadan xaric edəcəkmiş.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Chosen
53
1
musavat.com

2Sources