EN

Latviya və Lüksemburq Millətlər Liqasında növbəti mərhələyə yüksəldi

UEFA Millətlər Liqasında pley-off oyunlarının cavab görüşləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, C və D Liqalarının son iki iştirakçısı bəlli olub.

Latviya öz meydanında Cəbəllüttariqə 1, Lüksemburq isə Maltaya 3 cavabsız qolla qalib gəlib.

Bununla da Latviya və Lüksemburq C, Cəbəlüttariq və Malta isə D Divizionunda mübarizə aparacaq.

Xatırladaq ki, martın 26-da gerçəkləşən Cəbəllüttariq - Latviya matçı 0:1, Malta - Lüksemburq görüşü isə 0:2 hesabı ilə yekunlaşıb.

 

Chosen
4
4
bakivaxti.az

5Sources