Polşada baş verən kəşf əsrlər boyu gizlədilən xəzinəni üzə çıxarıb.Metbuat.az xəbər verir ki, kəşf, özünü peyğəmbər kimi təqdim edən və ictimaiyyəti aldadaraq onları talayan fırıldaqçının topladığı nəhəng sərvəti ortaya çıxarıb. Məlumata görə, hadisə 18-ci əsrdə baş verib. Məlumata görə, Antoni Yatseviç barədə iddiaları araşdıran tədqiqatlarçılar Şvettokrzyskie dağlarında sərvət aşkar edib. Bildirilir ki,Şvettokrzyskie ekspedisiya qrupu bölgədə 17-ci və 18-ci əsrlərə aid qruplar halında torpağın altında gizlədilmiş böyük sikkə kolleksiyasını üzə çıxarıb. Xəbərdə deyilir ki, Yaçeviç xalqın çarəsizliyindən faydalanan yalançı peyğəmbər olub. Böyük Şimal Müharibəsi və vəba epidemiyası dövründə ortaya çıxan Yaçeviç, Məryəmin onunla birlikdə səhrada yaşadığını və ona möcüzəvi şəfa gücləri verdiyini iddia edib. O, şəfa axtaran insanlardan toplanan böyük ianələrdən sərvət toplayıb. Hətta qənimətini qorumaq üçün xüsusi mühafizə dəstəsi qurub. Onun gücü artdıqca ambisiyaları da artıb. Yalançı peyğəmbər yerli zadəganların əmlakını talan etmək və zəvvarları soymaq üçün mühafizəçilərindən istifadə etməyə başlayıb. Yaçeviçin hakimiyyəti çox sürməyib. Onun 1708-ci ildə başlayan cinayətkar macəraları 1712-ci ildə ömürlük həbs cəzasına məhkum edilməsi ilə başa çatıb. Lakin o, tutulduğuna görə topladığı nəhəng sərvətin yeri tapılmamışdı.