EN

Türkiyə 24 ildən sonra dünya çempionatına qayıtdı – Rəqiblər və oyun təqvimi açıqlandı

Türkiyə millisinin 24 ildən sonra dünya çempionatına vəsiqə qazanmasından sonra komandanın rəqibləri və oyun təqvimi də müəyyənləşib.

Musavat.com xəbər verir ki, 2026-cı il dünya çempionatının Avropa zonası pley-off mərhələsinin finalında Kosovo üzərində 1:0 hesablı qələbə qazanan Türkiyə millisi uzun fasilədən sonra yenidən mundialda iştirak hüququ əldə edib.

Həlledici qarşılaşma səfərdə keçirilib və minimal hesabla başa çatıb. Bu nəticə ilə Türkiyə sonuncu dəfə 2002-ci ildə iştirak etdiyi dünya çempionatına 24 ildən sonra geri dönüb.

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 27 iyul 2026-cı il tarixlərində keçiriləcək. Çempionat ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə 16 şəhərdə təşkil olunacaq.

ABŞ-da Atlanta, Boston, Dallas, Houston, Kansas City, Los-Anceles, Mayami, Nyu-York/Nyu-Cersi, Filadelfiya, San-Fransisko və Sietl, Meksikada Mexiko, Qvadalaxara və Monterrey, Kanadada isə Toronto və Vankuver şəhərləri oyunlara ev sahibliyi edəcək.

Məlumata görə, Türkiyə millisinin qrup mərhələsində qarşılaşacağı rəqiblər və oyun təqvimi də bəlli olub. Komanda ilk oyununu 13 iyun tarixində Avstraliyaya qarşı keçirəcək. Bakı vaxtı ilə saat 08:00-da start götürəcək bu görüşdən sonra Türkiyə 19 iyunda Paraqvayla üz-üzə gələcək. Bu qarşılaşma da eyni saatda başlayacaq. 

ed124fdf-177d-46c5-b530-955354f9d773.jpg

Türkiyə millisinin qrup mərhələsində son oyunu isə 25 iyunda ABŞ-a qarşı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 06:00-da start götürəcək. 

a5976e08-0187-467b-9422-383078fbde30.jpg

Çempionatın ümumi təqviminə əsasən, qrup mərhələsi 11–27 iyun tarixlərini əhatə edəcək. 28 iyun – 3 iyul tarixlərində 1/16 final mərhələsi, 4–7 iyulda 1/8 final, 9–11 iyulda isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal görüşləri 14–15 iyulda baş tutacaq. Üçüncü yer uğrunda oyun 18 iyulda oynanılacaq, final isə 19 iyulda Nyu-York/Nyu-Cersi şəhərində yerləşən MetLife stadionunda keçiriləcək. 

095964c3-5a1f-4d9a-802f-87f740bca63b.jpg

Beləliklə, Türkiyə millisi 24 ildən sonra yenidən dünya çempionatında çıxış edəcək və qrup mərhələsində Avstraliya, Paraqvay və ABŞ-la mübarizə aparacaq.

 

Musavat.com

Chosen
29
50
musavat.com

10Sources