EN

Krım üzərində əlaqə kəsilən hərbi təyyarə qayaya çırpılıb, 29 nəfər ölüb - YENİLƏNİB

Əvvəllər əlaqə kəsilən An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı məlum olub.

Bu barədə TASS agentliyi hadisə yerindən mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə Krım üzərində uçuş zamanı qayaya çırpılıb.

Qəza nəticəsində 29 nəfər həlak olub, onlardan 6-sı ekipaj üzvü, 23-ü isə sərnişindir.

Hadisə ilə bağlı araşdırma aparılır.



***
00:18

Krım üzərində uçuş zamanı Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə planlaşdırılmış uçuş zamanı baş verib və təyyarədə olan heyət üzvlərinin taleyi hələlik məlum deyil.

Nazirlik bildirib ki, təyyarəyə kənardan müdaxilə qeydə alınmayıb. Axtarış-xilasetmə qrupları ehtimal olunan qəza bölgəsinə göndərilib.

Chosen
37
2
apa.az

10Sources