EN

Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək

Britaniyalı milyarder Kris Rokos Kembric Universitetinə 190 milyon funt-sterlinq ianə edəcək.

Publika.az BBC-yə istinadla xəbər verir ki, bu, müasir dövrdə Britaniya universitetlərinə edilən ən böyük birdəfəlik ianə olacaq. Ayrılan vəsait Kembricdə onun adını daşıyacaq yeni idarəetmə məktəbinin yaradılmasına sərf olunacaq və məqsəd gələcəyin liderlərini hazırlamaqdır.

Plana əsasən, Kris Rokos ilkin olaraq universitetə 130 milyon funt-sterlinq ayıracaq. Bundan əlavə, universitet tərəfindən uyğunlaşdırılacaq 60 milyon funt-sterlinqlə birlikdə “Rokos İdarəetmə Məktəbi” yaradılacaq.

55 yaşlı investor və xeyriyyəçi olan Rokos Böyük Britaniyada yaşayır və qlobal investisiya fondu olan “Rokos Capital Management” şirkətinin təsisçisidir. “The Sunday Times” qəzetinin varlılar siyahısına əsasən, onun sərvəti təxminən 2,6 milyard funt-sterlinq qiymətləndirilir. O, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri hesab olunur.

Chosen
56
4
publika.az

5Sources