EN

Rusiya bir gündə iki hərbi təyyarə itirdi: 30-a yaxın hərbçi ilə

Rusiyada əlaqə kəsilən An-26 hərbi nəqliyyat təyyarəsi qayaya çırpılıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki,  təyyarədə olan altı heyət üzvü və 23 sərnişin həlak olub.

Qeyd edək ki, təyyarə martın 31-də Krım yarımadası üzərində planlaşdırılan uçuş zamanı radarlardan itib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, daha sonra axtarış-xilasetmə qrupu qəza yerini müəyyən edib. Nazirlik iddia edir ki, təyyarəyə heç bir kənar zərbə dəyməyib. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində hərbi komissiya işləyir.

Xatırladaq ki, AN-26 hərbi nəqliyyat təyyarəsi olduğuna görə onun daşıdığı da hərbçilər idi.

Dünən Ukrayna Rusiyanın Su-34 hərbi qırıcısını vurub. Beləliklə, Rusiya bir gündə 2 təyyarə itirib.

Musavat.com

 

Chosen
52
musavat.com

1Sources