Bakı. Trend:
Bu gündən Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan edilib.
Trend-inməlumatına görə, bununla bağlı “Tütün və tütün məmulatı haqqında”qanuna 2025-ci il dekabrın 30-da edilən dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyəminib.
Qanuna əsasən, elektron siqaretlərin və onlarınkomponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan vəpərakəndə satışı və istifadəsi qadağan edilib.
Həmçinin, qanunda aşağıdakı yeni anlayışlar damüəyyənləşdirilib:
- Qızdırılan tütün məmulatı – tütündən (tütünqarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütünkomponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələgəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozoluntənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdətutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqarethesab edilməyəcək.
- Elektron siqaret – qida məhsulları, tütünməhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla,nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüsyolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş vəmüştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonuolan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdətutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və yabir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlətəkrar doldurula biləcək.
Bununla yanaşı, bu gündən nikotin tərkibli elektronsiqaretlər də tütün məmulatı hesab ediləcək.
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı,saxlanılması, satışı və istifadəsinə görəcərimələr
Bu gündən həmçinin Azərbaycanda elektron siqaretlərin idxalı,ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə görəcərimələr də tətbiq ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə martın 3-də ediləndəyişikliklər aprelin 1-dən qüvvəyə minib.
Qanuna əsasən, “Tütün məmulatlarının istifadəsininməhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə,küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərinistifadəsinə görə 30 manat məbləğində cəriməediləcək.
Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı,ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satışməqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyektiolmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqişəxslər 4000 manatdan 5000 manatadək məbləğdəcərimə ediləcək.
Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədarAzərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklikedilməsi haqqında Fərman da imzalayıb.