EN

İran məhkəmə hakimiyyətinin rəhbəri vuruldu

İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Eceyinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldüyü iddia edilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı “Al-Hadath” telekanalı yayıb. Bildirilir ki, son hücumlardan biri zamanı yüksək rütbəli iranlı məmurun həlak olması ilə bağlı ilkin məlumatlar yayılıb.

Mənbənin iddiasına görə, Möhseni-Eceyi paytaxt Tehranda həyata keçirilən hava zərbələri zamanı həyatını itirib.

Lakin İranın rəsmi qurumları bu məlumatı hələlik təsdiqləməyib.

Qeyd edək ki, son həftələrdə İran ərazisində ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir. Bundan əvvəl İranın ali dini lideri və digər yüksək çinli rəsmilərin də hava hücumları zamanı həlak olduğu barədə xəbərlər yayılmışdı.


Telegram kanalımız
Chosen
36
27
yenisabah.az

10Sources