EN

Azərbaycanlı hakim ilk beynəlxalq oyununu idarə etdi

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

Msport.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçının baş hakimi olub.

Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusunda rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

Chosen
58
3
msport.az

4Sources