EN

AMB sabah uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizininparametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı ilaprel ayının 2-də ictimaiyyətə açıqlanacaq.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbətiqərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habeləmakroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıbki, Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etməküçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, bu ilin fevralın 4-də Azərbaycan RespublikasıMərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütünparametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faizdəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5%səviyyəsinə endirilib.

Chosen
22
2
az.trend.az

10Sources