EN

SEPAH qisas alacağı şirkətləri açıladı - SİYAHI 

İran hər bir sui-qəsdə görə Microsoft, Apple, Google, Nvidia, Tesla və digər şirkətlərə zərbə endirməklə qisas alacaq. 

Ölkə.az “Pars Today”a istinadən xəbər verir ki,  bu barədə SEPAH-ın bəyanatında  deyilir.
“Amerika İKT və süni intellekt şirkətləri terror hədəflərinin hazırlanmasında və izlənilməsində əsas element olduğundan, bu terror əməliyyatlarına cavab olaraq terror əməliyyatlarında iştirak edən əsas qurumlar artıq qanuni hədəflərimiz hesab ediləcək.”

Bu qurumların işçilərinə dərhal iş yerlərini tərk etmələri tövsiyə olunur. Regionun bütün ölkələrində bu terrorçu şirkətlərə yaxın ərazilərin sakinlərinə də bir kilometr radiusda ərazini tərk etmələri və təhlükəsiz yerə köçmələri tövsiyə olunur.
Çərşənbə günündən etibarən terror planlaşdırmasında fəal iştirak edən şirkətlər hər qətlə görə qisas tədbirlərinə məruz qalacaqlar.

SEPAH-ın  hədəf alacağı şirkətlər  isə bunlardır: Sisco; HP; Intel; Oracle; Microsoft; Apple; Google; Meta (Facebook); IBM; DEL; Plantier; Nvidia; GP Morgan; Tesla; GE; Spire Solution; G42 və Boeingdir.

Mürtəza

Chosen
25
1
olke.az

2Sources