EN

Ümid edirik ki, onlar eyni səhvi təkrarlamayacaqlar Əraqçi

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abbas Əraqçi bildirib ki, ABŞ Prezidentinin elçisi Stephen Uitkofdan vasitəçilər olmadan birbaşa rabitə alır, lakin bu, danışıqların davam etdiyi anlamına gəlmir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Al Jazeera" telekanalına verdiyi müsahibədə danışıb.

"Əvvəlki kimi, Uitkofdan birbaşa mesajlar alıram, amma bu, danışıqlar apardığımız anlamına gəlmir", - deyə Əraqçi bildirib.

O qeyd edib ki, İran tərəfi ABŞ ilə danışıqların hər hansı bir nəticə verəcəyinə əmin deyil və "etimad səviyyəsi sıfırdır".

ABŞ-nin mümkün quru hücumu ilə bağlı suala Əraqçi belə cavab verib: "Biz onları gözləyirik".

"Biz özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik. Bunu quru müharibəsində daha yaxşı edə bilərik. İstənilən quru hücumuna qarşı tam hazırıq. Ümid edirik ki, onlar eyni səhvi təkrarlamayacaqlar", - deyə o əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
redaktor.az

2Sources