EN

BƏƏ-yə dron hücumu – Ölən var

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumlarından müdafiəsistemlərinin Əl-Füceyrə əmirliyi üzərində zərərsizləşdirdiyipilotsuz uçuş aparatının dağıntılarının bölgənin aqrar rayonunadüşməsi nəticəsində bir nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə əmirliyin hökumətinin rəsmi "X" səhifəsində məlumatyayılıb.

Ölümcül xəsarətlər alan şəxsin əcnəbi - Banqladeş vətəndaşıolduğu dəqiqləşib.

Bundan əvvəl martın 17-də zenit-raket komplekslərinin səmadaməhv etdiyi ballistik raketin dağıntılarının yerə düşməsinəticəsində bir Pakistan vətəndaşı həlak olmuşdu.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfəayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə vəABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarlahücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
25
5
az.trend.az

10Sources