EN

Тramp İranla bağlı xalqa müraciət edəcək

ABŞ prezidenti Donald Тramp İrana dair vəziyyətlə bağlı vacib detalları açıqlamaq üçün xalqa müraciət edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt X sosial şəbəkəsində bildirib.

"ABŞ prezidenti Donald Тramp çərşənbə günü saat 21:00-da (Bakı vaxtı ilə 2 aprel, 05:00) İrana dair vacib yenilənmiş məlumatları təqdim etmək üçün xalqa xüsusi müraciətlə çıxış edəcək", - deyə o yazıb.

Martın 31-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-ın 15 maddəlik təklifinə heç bir cavab göndərməyib. O əlavə edib ki, İran tərəfi münaqişənin başa çatması üçün öz təkliflərini və ya şərtlərini də irəli sürməyib. Nazirin sözlərinə görə, heç bir danışıq aparılmır, lakin təhlükəsizlik məsələləri ilə bağlı bəzi müzakirələr Pakistan vasitəsilə aparılır.

Bununla belə, martın 30-da Тramp bildirib ki, İran münaqişənin dayandırılması üçün 15 tələbin böyük hissəsini artıq yerinə yetirib. O qeyd edib ki, Ağ Ev Tehranı daha bir neçə şey tələb etmək niyyətindədir.

Almaz Həsənli

Chosen
20
oxumeni.az

1Sources