
Krım yarımadasında iki mühərrikli An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb, nəticədə 29 nəfər həlak olub.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, təyyarələr dünən Krım üzərində planlaşdırılmış uçuş həyata keçirərkən əlaqə kəsilib.
Hadisə yerinə cəlb olunmuş axtarış-xilasetmə qrupları göyərtədəki 23 sərnişin və 6 heyət üzvünün hamısının həlak olduğunu təsdiqləyib.
İlkin araşdırmalar qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini göstərir. Faktla bağlı araşdırmalar davam etdirilir.
SeyranÉ™ QuliyevaMissiya.Az