EN

Tramp İrandakı müharibənin bitmə vaxtını açıqladı

ABŞ iki-üç həftə ərzində İrana qarşı hərbi kampaniyasına son qoyacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

O, İrana qarşı hərbi əməliyyatın gedişatını şərh edərkən bildirib: "Düşünürəm ki, iki-üç həftəlik orada olacağıq, çünki davam etməyimiz üçün heç bir səbəb yoxdur.

Biz işimizi görürük. Düşünürəm ki, yəqin ki, bir neçə həftəyə, yaxud bəlkə də bir neçə günə işimizi bitirəcəyik".

Tramp qeyd edib ki, onun bir məqsədi var: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bu məqsədə nail olmaq: "Biz artıq rejim dəyişikliyini təmin etmişik. Baxmayaraq ki, mən rejim dəyişikliyi üçün məqsəd qoymamışam. Mənim bir məqsədim var idi: onların nüvə silahı əldə etməsinin qarşısını almaq. Və bu məqsədə nail olunub, onlar nüvə silahı əldə etməyəcəklər. Onların liderləri yoxdur, bütün liderləri ölüb. Deməli, rejim dəyişikliyi olub. İndi bizim yeni yaxşı liderlərimiz var".

Chosen
2
4
ikisahil.az

5Sources