EN

DİN ötən gün aşkarlanan silah-sursatların sayını açıqladı

BAKI, 1 aprel. TELEQRAF

Martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 17 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
17
13
teleqraf.com

10Sources