EN

Tatarıstanda zavodda baş verən faciədən sonra matəm elan edilib

Moskva, 1 aprel, AZƏRTAC

Rusiyanın Tatarıstan Respublikasındakı Nijnekamsk bələdiyyə rayonunda neft-kimya kompleksində baş verən fövqəladə hadisədən sonra üç günlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə rayonun rəhbəri Ratmir Belyayev bildirib. Fövqəladə hal martın 31-də Nijnekamskdakı “Nijnekamskneftexim” zavodunda qaz qarışığının alovlanması nəticəsində baş verib. Bu alovlanma partlayışa və sonradan yanğına səbəb olub.

Müstəntiqlərin məlumatına görə, hadisə nəticəsində üç nəfər ölüb, 72 işçi yaralanıb.

Xəsarət alan on nəfər Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə ixtisaslaşmış tibbi yardım göstərilməsi üçün Moskvaya aparılır.

Hadisə ilə bağlı təhlükəli sənaye obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə cinayət işi açılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
22
4
azertag.az

5Sources