“BakuBus”un Xırdalan şəhərində avtobus yuma stansiyası avadanlığının alınmasına sərf edəcəyi vəsaitin həcmi məlum olub.
Bu barədə İqtisadiyyat.az AZCON Holdinqin şirkətlərindən olan “BakuBus” MMC-dən məlumat əldə edib.
Məlumata görə, avtobus yuma stansiyası avadanlığının satın alınması üçün ən sərfəli təklifi “Karcher” şirkəti verib.
Şirkət alqı-satqı ilə bağlı “BakuBus”a 865.884 min manat ödəniş təklif edib. Hazırda bu təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, avtobus yuma stansiyası üç fırçalı nəzərdə tutulub. Yuma portalı bir boks içərisində polad rels üzərində hərəkət edən iki yan fırça, bir dam fırça və su sıçrama tentindən ibarət olacaq. Bir avtobusun yuma prosesi 3.5 dəqiqədən artıq olmayacaq. İstifadə olunan suya gəlincə, bunun 15 %-nin təmiz, 85%-nin isə təkrar emal edilmiş su olacağı müəyyənləşdirilib. Bir avtobus üçün su sərfiyyatının həcmi 50-80 litr, təkrar su sərfiyyatı 140-180 litr, şampun sərfiyatı 60-90 ml, yuma prosesi zamanı işıq sərfiyyatı isə 0,20-0,35 kwh müəyyənləşib.


