EN

Bakı tıxacdan qurtula bilər: Köçürülmə planı

Bakı şəhərində uzun illərdir davam edən nəqliyyat sıxlığı problemi aktuallığını qorumaqda davam edir. Bakı əhalisi hesab edir ki, tıxacların əsas səbəblərindən biri dövlət idarələri və ali təhsil müəssisələrinin paytaxtın mərkəzində cəmləşməsidir.

NOCOMMENT.az ARB-yə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, tıxac əsasən iri və əhalisi sıx şəhərlərə xas olsa da, son illər Bakı üçün bu problem daha da kəskinləşib. Şəhərin genişlənməsi, əhali və avtomobil sayının artması nəqliyyat sıxlığını artıran əsas amillər kimi göstərilir.

Qeyd olunur ki, xüsusilə şəhər mərkəzində yerləşən nazirliklər, dövlət qurumları, o cümlədən Miqrasiya xidməti və Gömrük Komitəsi, eləcə də universitetlər hər gün minlərlə insanın eyni istiqamətdə hərəkət etməsinə səbəb olur. Bu isə pik saatlarda yolların iflic vəziyyətinə düşməsi ilə nəticələnir. Dünya təcrübəsində bu problemin həlli üçün dövlət qurumlarının və təhsil müəssisələrinin şəhər kənarına və ya regionlara köçürülməsi geniş tətbiq olunur. Onların sözlərinə görə, bir sıra nazirliklərin, komitələrin, müxtəlif agentlikləri və universitetlərin paytaxtdan kənara çıxarılması mümkün həll variantlarından biri hesab oluna bilər.

Vətəndaşlar bildir ki, bir çox ölkələrdə universitetlərin ayrıca kampus şəhərcikləri fəaliyyət göstərir və tələbələr təhsil müddətində həmin ərazilərdə yaşayırlar. Bu yanaşma həm nəqliyyat sıxlığını azaldır, həm də təhsil mühitinin daha səmərəli təşkilinə şərait yaradır.

Qeyd edək ki, paytaxtda tıxac probleminin aradan qaldırılması üçün alternativ yanaşmaların müzakirəsi davam edir. Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıda yerləşən universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Nərmin
NOCOMMENT.az

Chosen
22
nocomment.az

1Sources