EN

Rüstəm Umerov Türkiyə rəhbərliyi ilə ukraynalı əsirlərin qaytarılmasını müzakirə edib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar prosesinin gedişatını və ukraynalıların Rusiya əsirliyindən qaytarılması məsələsini müzakirə edib.

Missiya.Az xəbər verir ki, bu barədə Umerov özünün “Teleqram” kanalında məlumat yayıb.

Umerov Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Prezidentinin müşaviri Akif Çağatay Kılıçla görüşüb.

Bildirilib ki, tərəflər təhlükəsizlik vəziyyətini, danışıqlar prosesinin gedişatını və ümumi təhdidlərlə bağlı gələcək addımların əlaqələndirilməsini müzakirə ediblər.

"Həmişə olduğu kimi, humanitar istiqamətə ayrıca diqqət yetirilir. Ukrayna hərbi əsirlərinin və mülki şəxslərin qaytarılması məsələsi bizim prioritetimiz olaraq qalır və daim gündəmdədir”, - deyə Umerov vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
19
missiya.az

1Sources