EN

Yoldaşlıq oyunları: Argentina millisindən darmadağın, İngiltərədən gözlənilməz məğlubiyyət

Ötən gün dünyanın yaşıl meydanlarında maraqlı yoldaşlıq oyunları baş tutub.

“İki sahil” xəbər verir ki, İngiltərə millisi Londonda gözlənilmədən Yaponiyaya minimal hesabla (0:1) uduzub. Niderland yığması öz meydanında Ekvadorla bacarmayıb – 1:1. “Narıncılar” matçın böyük hissəsini azlıqda keçiriblər. Denzel Dümfris 12-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

İspaniya millisi evdə Misirin müqavimətini qıra bilməyib. Qarşılaşmada qapılara qol vurulmayıb. Portuqaliya kollektivi səfərdə ABŞ-nin qapısından 2 cavabsız top keçirib. Həmin görüşdə Avropa təmsilçisinin kapitanı Kriştianu Ronaldu zədə səbəbindən iştirak etməyib. Lionel Messinin kapitanı olduğu Argentina millisi Zambiyanı darmadağın edib – 5:0. Messi 43-cü dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Karlo Ançelottinin çalışdırdığı Braziliya yığması Xorvatiyanı 3:1 hesabı ilə üstələyib. Meksika – Belçika matçında isə qalib müəyyənləşməyib – 1:1.

Chosen
4
1
ikisahil.az

2Sources