EN

Havaların isti keçməsi səbəbilə ağaclarda spagetti yetişməyə başladı

Yazını böyüt
Yazını kiçilt

İnsanları güldürmək və ya əylənmək məqsədilə qarşı tərəfi incitmədən edilən jest və ya danışıq zarafat adlanır. Aprelin 1-i bütün dünyada Gülüş Günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı “Axmaqlar bayramı” kimi qeyd edirdilər.

Hafta.az xəbər verir ki, bu tarixin yaranmasının müxtəlif ehtimalları var.

Ehtimalları bir kənara qoyub bu tarixdə daha məşhur zarafatlara nəzər salaq:

1957-ci ildə BBC-nin ən maraqlı xəbər proqramı olan "Panorama" havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Zənglərə cavab verən TV işçiləri BBC-də zəng edənlərə tam ciddi şəkildə "bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin" məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.

1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

Qeyd edək ki, təqvimin bu günündə baş verən başqa tarixi faktları da var:

1 aprel 1924-cü il Münxen çevriliş cəhdinə görə nasist lideri Adolf Hitler 5 il həbs cəzasına məhkum edilib.

1979-cu ilin 1 aprel tarixində inqilab rəhbəri Xomeyni İranı İslam ölkəsi elan edib.

Chosen
27
hafta.az

1Sources