EN

Bakı–Balakən marşrutunda hərəkət qrafiki yeniləndi

BAKI, 1 aprel. TELEQRAF

Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət edən gecə qatarlarının marşrutunda dəyişiklik edilib.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

Yeni dayanacaqların əlavə olunması ilə əlaqədar olaraq qatarların hərəkət qrafiki də yenilənib.

Chosen
12
teleqraf.com

1Sources